
Azərbaycanda əcnəbilər daha çox bu sahələrdə işləyirlər - AÇIQLAMA
Azərbaycanda əcnəbilərin ən çox işlədiyi sahələr açıqlanıb.
APA xəbər verir ki, BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur: "O cümlədən təhsil sahəsində çalışan əcnəbi ekspertlər də mövcuddur. Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı kvotalar mövcuddur. Kvotalara uyğun olaraq da Azərbaycanda işləmək istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edir.
Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini əldə etməklə onlara iş icazələri verir. Eyni zamanda konkret olaraq iş yerləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid vakansiya bazası mövcuddur. Hazırda həmin vakansiya bazasının elektronlaşdırılması üzərində işlər yekunlaşmaq üzrədir. Biz tezliklə həmin vakansiya bazasını vətəndaşların və Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin istifadəsinə verəcəyik".
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54