Azərbaycanda dövlət qulluqçularının 28 faizini qadınlar təşkil edir
“Azərbaycan parlamentində təmsil olunan 125 nəfər deputatdan 21-i qadındır”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Onun sözlərinə görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin sədrləri, habelə Ombudsman, Konstitusiya Məhkəməsinin sədr müavini qadınlardır: “Azərbaycanda 3 nazirin müavini qadındır”.
A.Naxçıvanlı qeyd edib ki, Azərbaycanda hakimlərin 14, həkimlərin 64,9, dövlət qulluqçularının isə 28,7 faizini qadınlar təşkil edir.
Komitə sədri Azərbaycan bələdiyyələrində qadınların sayının artdığını diqqətə çatdırıb.
898