Azərbaycanda bəzi ərazilərdə tikinti şərtləri dəyişdirilir
16 may 2014 18:45 (UTC +04:00)

Azərbaycanda bəzi ərazilərdə tikinti şərtləri dəyişdirilir

Azərbaycanda yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərində ciddi dəyişikliklər edilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-ci maddəsinə dəyişiklik təklif olunur, eyni zamanda məcəlləyə 69.5.2-1 maddəsi əlavə edilir.

 

Dəyişikliyə əsasən, qeyd olunan yerlərdə tikinti aparılan zaman ara məsafəsi müəyyən edilərkən qoyulan şərtlər kənd ərazilərində aparılan tikintilərə şamil edilməyəcək. Məcəllənin qeyd olunan maddəsində şərtlərin siyahısından kənd ərazilərinə aid hissə çıxarılır.

 

Əlavə edilən 69.5.2-1 maddəsində isə bu cür tikililərin aparılması zamanı ara məsafəsinin müəyyən edilməsinə yeni şərt əlavə olunur. Şərtə görə, məcəllənin 80-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi qədər olmalıdır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151
avatar

Oxşar yazılar