Azərbaycanda ildə adambaşına orta hesabla 1877 siqaret çəkilir.
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, bunu Dünya Ağ Ciyər Fondu, Amerika Xərçəng Cəmiyyəti “Tütün Atlası” adlı hesabatında bildirib.
Serbiyada bir ildə adambaşına 2861 siqaret çəkilir. Rusiyada bu göstərici 2786, Ermənistanda 1620, Gürcüstanda 1039-dur.
Hesabata əsasən, Əfqanıstan dünyada ən az siqaret çəkilən ölkələrdəndir. Bu ölkədə adambaşına ildə cəmi 61 siqaret düşür.