Azərbaycanda “ət xalı” xəstəlikləri artıb
13 iyun 2014 17:11 (UTC +04:00)

Azərbaycanda “ət xalı” xəstəlikləri artıb

0

“Yay mövsümü olduğu üçün dəri xəstəliklərinin sayı artıb”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının dosenti, Tibb elmləri doktoru Elşad Novruzov bildirib. O qeyd edib ki, dəri xəstəliklərinə istənilən yaş dövründə rast gəlinir: “Amma cinsi xəstəliklərə daha çox gənclərdə rast gəlinir”.

 

E. Novruzovun sözlərinə görə, yay fəslində dəri xəstəliklərindən daha çox göbələk xəstəliyinə rast gəlinir: “Çünki yayda insanlar tərləyir və göbələyin inkişafı artır. Bu fəsildə həmçinin psoriaz xəstəliyinin də (yay tipi) artımına rast gəlinir. Günəş şüası, dənizdə çimmə bu cür xəstəliyin artmasına səbəb olur. Həmçinin ağacların çiçəklənməsi ilə əlaqədar insanlar arasında allergetik xəstəliklər artıb”

 

 ATU-nun dosenti onu da əlavə edib ki, dəri xəstəliklərindən hesab edilən leşmaniyoza (“il yarası”) daha çox cənub bölgəsində rast gəlinir: “Bu da onunla bağlıdır ki, leşmaniyozun əsas daşıyıcıları ağcaqanadlardır və nəmişlik olan zonalarda bu cür xəstəliyə daha çox təsadüf edilir”.

 

E. Novruzov bildirib ki, Azərbaycanda popivola virusları (“ət xalı”) son zamanlar daha çox artıb. “Bu imunitet sisteminin zəifləməsi, müqavimətini zəifləməsi ilə bağlıdır. Əgər bu cür viruslarda cinsiyyət orqanları ətrafında (bu cür xəstəliklər də artıb) rast gəlinərsə, bu cinsi əlaqə ilə bağlıdır”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2211

Oxşar yazılar