Azərbaycanda 5 sərhədyanı avtovağzal tikiləcək
30 sentyabr 2016 11:00 (UTC +04:00)

Azərbaycanda 5 sərhədyanı avtovağzal tikiləcək

0

2017-2018-ci illərdə Azərbaycanda 5 sərhədyanı avtovağzal tikiləcək.

 

Lent.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Elnur Abdullayev bildirib.

 

O qeyd edib: "Biz artıq hökumətə layihələr təqdim etmişik və layihə bəyənildikdən sonra avtovağzalların tikintisinə başlayacağıq. Hər avtovağzalın dəyəri iki milyon manat olacaq".

 

E.Abdullayev deyib ki, ölkənin bütün bölgələrində avtobus parklarının yenilənməsi üzrə layihə hazırlanır: "Dövlət Xidməti Ukrayna şəhərlərindən birinə yeni marşutun açılmasını da planlaşdırır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar