Azərbaycanda 3000 nəfər hemodializ alır
23 iyun 2014 11:13 (UTC +04:00)

Azərbaycanda 3000 nəfər hemodializ alır

“Bütün dünyada çox bahalı əməliyyat olan böyrəkköçürmə əməliyyatı Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında pulsuz həyata keçirilir”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. O qeyd edib ki, ölkədə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin böyük əksəriyyəti böyrək köçürülməsini istəyir: “Amma təəssüf ki, biz bu istəklərin hamısını eyni vaxtda həyata keçirə bilmirik. Burada növbətçilik prinsipi gözlənməlidir”.

 

Nazir vurğulayıb ki, bu gün Azərbaycanda 3000 nəfərə qədər insan dövlət hesabına hemodializ müalicəsi alır: “Ancaq onu deyim ki, hətta böyrək köçürülməsi də hələ belə xəstələrin tam sağalması demək deyil. Bu halda da orqanizmdən asılı olaraq müxtəlif ciddi problemlər ortaya çıxa bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar