Azərbaycanda 16 dərəcə şaxta olacaq
08 yanvar 2015 12:49 (UTC +04:00)

Azərbaycanda 16 dərəcə şaxta olacaq

0

Bakıda və Abşeron yarımadasında yanvarın 9-da gecə və səhər saatlarında qar yağacaq. Gündüz tədricən kəsiləcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

 

Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Rayonlarda da fasilələrlə yağış yağacaq. Gecə bəzi yerlərdə intensiv olacaq. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Aranda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar