2013-2014-cü tədris ilinə hazırlıq tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında 123 yeni məktəb binasının və 13 mövcud məktəbdə əlavə tədris korpuslarının tikintisi, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilməkdədir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bakı şəhəri üzrə isə 164 məktəbdə cari təmir işləri başa çatdırılmaq üzrədir.
Nazirlikdən verilən açıqlamada o da vurğulanır ki, respublikamızın ümumtəhsil məktəbləri üçün 2013-2014-cü tədris ilində çapı nəzərdə tutulmuş dərslik və müəllimlər üçün metodik vəsaitlər (139 adda) artıq hazırdır və onların böyük əksəriyyəti yerlərə çatdırılıb. Qalan hissə isə tədris ili başlananadək ünvanlarına çatdırılacaq.