Azərbaycana Limuzin danalar gəldi
12 iyun 2013 11:12 (UTC +04:00)

Azərbaycana Limuzin danalar gəldi

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə 13 heyvandarlıq kompleksinin yaradılmasına indiyədək 54 mln. manat güzəştli kredit ayrılıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, son illər ərzində Azərbaycanda infrastruktur sahələri, yeni istehsal, emal müəssisələri və s. yaradılır: «Belə sahələrdən biri müasir ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılmasıdır. Bu məqsədlə 14 350 başlıq südlük və 3 min başlıq ətlik istiqamətli 13 heyvandarlıq kompleksinin yaradılmasına SKMF tərəfindən indiyədək 54 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına həyata keçirilən belə layihələrdən biri də Bərdə rayonunun Mehdili kəndində yerləşən «Qarabağ Aqrar Sənaye Kompleksi» MMC-dir. Cəmiyyətin tərkibinə tutumu 5 min ton olan soyuducu anbar, ət kəsimi fabriki, 2 200 başlıq südlük və 2 min başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir».

 

Bu günlərdə SKMF-in maliyyə dəstəyi ilə «Qarabağ Aqrar Sənaye Kompleksi» MMC-yə Macarıstandan yüksək genetik xüsusiyyətlərə malik, 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inəklər, 200 baş ətlik Şarole, Limuzin və Simental cinsindən olan danalar gətirilib. Növbəti mərhələdə əlavə 900 baş Simental cinsli damazlıq inəklərin gətirilməsi planlaşdırılır. İlin sonuna qədər kompleksə Macarıstandan gətirilən cins danaların sayı 10 minə çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2062

Oxşar yazılar

Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59