Azərbaycanlı QHT təmsilçisi beynəlxalq diplomatik konfransda iştirak edib
16 dekabr 2016 18:00 (UTC +04:00)

Azərbaycanlı QHT təmsilçisi beynəlxalq diplomatik konfransda iştirak edib

“Addım” Təşkilatının rəhbəri Hüseyn Cavadzadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Gorchakov Fond”unun dəvəti ilə beynəlxalq diplomatik konfransda iştirak edib. Hüseyn Cavadzadənin Lent.az-a verdiyi məlumata görə, “Dialog vo imya budushego” (“Gələcək naminə dialoq”) adı altında keçirilən konfransda Böyük Britaniya, Almaniya, İsveçrə, İslandiya, Bolqarıstan, Monteneqro, Çin, Ukrayna, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus və digər ölkələrdən gənc diplomatlar iştirak ediblər. 6 günlük səfər çərçivəsində Rusiya Federasiyasının görkəmli dövlət xadimləri, ictimai fiqurları və media qurumlarının rəhbərləri ilə görüşlər baş tutub. Layihə çərçivəsində iştirakçılara təmsilçimiz ölkəmizin siyasi, iqtisadi, sosial durumu və inkişafı barədə məlumat verib. Layihənin sonuncu günü isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş baş tutub. Görüşdə nazir yaxın şərqdə sülhün bərqərar olunması üçün atılan addımlardan və Rusiyanın dünya siyasətində siyasi mövqeyindən danışıb. Eləcə də iştirakçıların suallarına cavab verib, Qarabağ probleminə toxunub. Nazir qeyd edib ki, məsələnin həlli üçün bütün lazımı addımlar atılıb və bu problemin tezliklə həll olunacağına ümid edir.

 

H.Cavadzadə bildirib ki, layihə çərçivəsində eləcə də “Russia Today” mərkəzi ofisində struktura rəhbərlik edən Margarita Simonyanla görüş də baş tutub: “Xatırlatmaq istərdim ki, “Russia Today” dəfələrlə Qarabağ münaqişəsində ermənipərəst mövqeyi ilə seçilib. Qurum və onun tabeçiliyində olan televiziya və informasiya agentlikləri qondarma Dağlıq Qarabağ və onun separatist lideri ilə bağlı təbliğatı məlumat yayıblar. Azərbaycan tərəfinin rəsmi müraciətləri, eləcə də yerli KİV nümayəndələrinin mövzu ilə bağlı müraciətlərisə cavabsız qalıb”. M.Simonyanla görüşdə təmsilçimiz sənədlər əsasında telekanal rəhbərinə iradlarla müraciət edib və onların fəaliyyətinin Azərbaycan Rusiya dostluğuna xələl gətirdiyini qeyd edib. H.Cavadzadə, baş redaktora qondarma respublika ilə bağlı yayılan bütün reportajları, eləcə də Qabrielyanla qalmaqallı yazışmanı və Azərbaycan əleyhinə sifarişli, məqsədyönlü kampaniya aparmasını xatırladıb: “İradlara cavab verməkdə çətinlik çəkən jurnalist Rusiya vətəndaşı olaraq Rusiya dövləti kimi Azərbaycan ərazi bütövlüyünü tanıdığını, erməni əsilli olmasına baxmayaraq həyatı boyu cəmi bir dəfə Ermənistanda olduğunu və Azərbaycan mövzusuna neytral yanaşdığını qeyd etdi. O, rəhbərlik etdiyi qurumda yayımlanan bu təxribatçı yayımlardan guya məlumatsız olduğunu və bunu araşdıracağını qeyd edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar