Azərbaycan seysmoloqları Gürcüstanda araşdırma aparır
23 may 2014 16:22 (UTC +04:00)

Azərbaycan seysmoloqları Gürcüstanda araşdırma aparır

Gürcüstan Respublikasında baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov qonşu ölkəyə ezam ediliblər. AMEA-dan Lent.az-a verilən xəbərə görə, RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdıraraq müşahidələrə başlayıblar.
 

Qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar