Azərbaycanın dövlət sərhədlərinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətində keçirilən hesabat müşavirəsində bildirilib.
Dövlət proqramının layihəsi 2014-2024-cü illəri əhatə edəcək.
Proqramda sərhəd mühafizəsinin gücləndirilməsi ilə bağlı müxtəlif tədbirlər əksini tapır.