Azərbaycan Qlobal Fondun Maliyyə Komitəsinə sədrlik edəcək
05 mart 2014 13:13 (UTC +04:00)

Azərbaycan Qlobal Fondun Maliyyə Komitəsinə sədrlik edəcək

Martın 7-dək QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun (QF) Direktorlar Şurasının 31-ci İclası keçirilir. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

İndoneziyanın Cakarta şəhərində təşkil olunan iclas dünyada İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizədə əsas aparıcı beynəlxalq təşkilat olan Qlobal Fondun öz fəaliyyətinin yeni mərhələsinin tətbiqinə başlaması haqda qəbul edəcəyi qərarla yadda qalacaq. Toplantıda Qlobal Fonddan maliyyə dəstəyi alan 150-dən çox ölkə, Qlobal Fonda maliyyə yardımı göstərən donor ölkələr, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

 

Tədbirdə Qlobal Fondun Yeni Maliyyələşdirmə Modelinin uğurlu tətbiqi üçün bir sıra maliyyə və strateji sənədlərin qəbulu nəzərdə tutulub.

Əhəmiyyətli layihələrə uğurla imza atmış Fond 2002-ci ildən başlayaraq üç xəstəliyə qarşı mübarizədə dünyanın 150-dən artıq ölkəsinə yardım göstərib. Fondun maliyyə dəstəyi ilə 2013-cü ilin sonunda İİV/QİÇS-dən əziyyət çəkən 6,1 milyon insan antiretrovirus terapiyası ilə əhatə olunub, 11,2 milyon vərəm xəstəsi aşkarlanaraq müalicəyə cəlb edilib, malyariya ilə mübarizədə 360 milyon insektisidlərlə işlənilmiş miçətkənlər ailələrə paylanıb.

 

Ölkəmiz 2005-ci ildən Qlobal Fondla əməkdaşlıq edir və bu istiqamətdə bir sıra birgə uğurlu layihələr həyata keçirib.

 

Bu dəfə Maliyyə Komitəsinə sədrlik etmək Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini Soltan Məmmədova həvalə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34