
Azərbaycan ortoped və travmatoloqlarının III Qurultayı keçirilir
Bakıda Azərbaycan ortoped və travmatoloqlarının III Qurultayı keçirilir.
ONA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov bildirib ki, ənənəvi olaraq hər üç ildən bir keçirilən qurultay tibb elminin inkişafında aktual məsələlərin müzakirə olunduğu, vacib və geniş miqyaslı tədbirdir.
Onun sözlərinə görə, qurultayın əsas məqsədi qabaqcıl texnologiyalardan və tibbi uğurlardan istifadə edərək səhiyyə xidmətinin prioritet məsələlərini həll etməkdən ibarətdir.
Qurultayda travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinlənilir.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09