Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə liderdir
11 oktyabr 2013 18:34 (UTC +04:00)

Azərbaycan MDB-də pensiyaların artım dinamikasına görə liderdir

Azərbaycanda həyata keçirilən pensiya islahatları nəticəsində pensiyalarının artırılması mexanizminin müasir əsaslarla yenidən qurulması, yəni pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək ölkə prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 7 sərəncam verilib.

Sonuncu belə sərəncamla pensiyanın baza hissəsi cari ilin sentyabr ayının 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Beləliklə, sentyabr ayının 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir. Bu məbləğ Qazaxıstanda 185 dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar təşkil edir.  2003-cü ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 dollar), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 dollar), yaşa görə pensiyalar (orta aylıq məbləğ 190 manat və ya 243 dollar)  üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılıb. Bu artım dinamikası, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti  içərisində ən yuxarı artımdır. Bu, artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar