Azərbaycan gənclərinin VII Forumu keçirilir - YENİLƏNİB
02 iyun 2014 16:56 (UTC +04:00)

Azərbaycan gənclərinin VII Forumu keçirilir - YENİLƏNİB

0

Bakıda Azərbaycan Gənclərinin VII Forumu başlayıb.


 

APA-nın məlumatına görə, forum prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq  yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.

 

Forumda  Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak ediblər.

 

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, foruma 1783 nümayəndə seçilib, onlardan 1739-u tədbirdə iştirak edir.

 

Daha sonra Azərbaycanın gənclər siyasəti ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir davam edir.

 

Qeyd edək ki, bu gün Forumdan öncə gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1044

Oxşar yazılar