Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlayıb və növün təyinatı üçün müasir metodlardan istifadə ediblər.
Botanika İnstitutundan APA-ya verilən xəbərə görə, bunun nəticəsində elm üçün “Sentauera” cinsinə aid yeni növ müəyyən olunub. Artıq yeni növ “Centaurea emilae” “Hüseynova et Qaraxani” adı altında elmə daxil edilib.
Sankt-Peterburqun “Elm” nəşriyyatında növü təsdiq edən “Novıy vid roda Centaurea (“Asteraceae”) iz Azerbaydjana” başlıqlı məqalə dərc olunub.