Azərbaycan ərazisinə kənar teleradio yayımlarının nüfuz dairəsinin qarşısı alınacaq
19 iyun 2019 17:57 (UTC +04:00)

Azərbaycan ərazisinə kənar teleradio yayımlarının nüfuz dairəsinin qarşısı alınacaq

Kənar televiziya və FM radio yayımların Azərbaycan ərazisinə nüfuz dairəsinin qarşısının alınması istiqamətində xüsusi işçi qrupu yaradılıb.
 
Dövlət Radiotezliklər İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd edilən məsələ sərhədyanı ölkələrlə müvafiq hökumətlərarası komissiyaların gündəliyinə daxil edilib və tərəflər bu işə cəlb olunub.
 
İşçi qrup tərəfindən mütəmadi olaraq radiomonitorinq işləri aparılır, efir məkanı nəzarətdə saxlanılır. Aparılan radiomonitorinq işlərinin nəticələri nəzərə alınmaqla sərhədyanı ölkələrlə koordinasiya görüşləri keçirilir və təhlillər aparılır. 
Televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşən texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir. Relyefdən asılı olaraq teleradioyayım vericiləri qonşu ölkələrin müəyyən ərazilərində qəbul edilə bilər. Bu cür hallara sərhəd zonalarında rast gəlinir.
 
Bu problemlərin həlli istiqamətində Dövlət Radiotezliklər İdarəsi tərəfindən beynəlxalq təcrübə öyrənilir ki, yaxın zamanlarda ən yaxşı dünya təcrübəsinin ölkə ərazisində tətbiqinə başlanılacaqdır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770
avatar

Oxşar yazılar