Azərbaycan əhalisinin 50,3 faizi qadınlardır
12 iyul 2014 14:44 (UTC +04:00)

Azərbaycan əhalisinin 50,3 faizi qadınlardır

Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artaraq 9520,3 min nəfərə çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir.

 

Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar