Azərbaycan alimlərindən zəfəranla bağlı kəşf
13 sentyabr 2013 14:50 (UTC +04:00)

Azərbaycan alimlərindən zəfəranla bağlı kəşf

 

 

Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, dərman və ətir keyfiyyətinə malik, bədxassəli şişlərə və orqanizmdə yaranan pozuntulara qarşı yüksək aktivliyi ilə seçilən bu bitki növünün çoxalma üsulları işlənib hazırlanıb.

Tədqiqatlar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA-nın Botanika İnstitutu tərəfindən “Zəfəranın biotexnoloji çoxalma üsullarının işlənib hazırlanması” adlı 2 illik qrant layihəsi çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri institutun biomühəndislik və biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri namizədi Tofiq Qaragözovdur. Alim bildirir ki, hazırda dünyada ildə 170-300 tona qədər zəfəran məhsulu alınmasına baxmayaraq, zəfəranın əkildiyi sahələrin məhdudlaşması, yoluxucu bakterial xəstəliklərin çoxluq təşkil etməsi məhsulun 50 faiz itkisinə səbəb olur. Nəticədə bitkiyə tələbat daha da artır. Materialın virusdan təmizlənməsinə nail olmaq və yaranmış ehtiyacı ödəmək layihənin əsas məqsədidir.

Tədqiqatların nəticəsində soğanağın müxtəlif hissələrindən götürülən toxumaların süni qida mühitində əkilərək çoxaldılması mümkün olub. 2-3 millimetr qalınlığı olan zəfəran soğanağının diskvari kəsikləri müxtəlif tərkibli süni qidalanma şəraitində əkilib və xeyli sayda zəfəran soğanaqları əldə olunub. Təbii yolla bir soğanaqdan bir zəfəran əmələ gəlirdisə, bu üsulla 5 aya yüzlərlə zəfəran yetişdirmək mümkün olacaq.

 

                                                                                                  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376
avatar

Oxşar yazılar