Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-da səsə qoyulacaq
18 iyun 2013 23:02 (UTC +04:00)

Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-da səsə qoyulacaq

ATƏT Parlament Assambleyasınınn (PA) mətbuat xidməti iyunun 17-də Kopenhagendən azərbaycanlı millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi” adlı qətnamə layihəsi barədə press reliz yayıb (bax: http://www.oscepa.org/news-a-media/press-releases/1303-civil).

Yayılan açıqlamada qeyd olunub ki, “vətəndaş cəmiyyətinin hər zaman müzakirələrə əlavə dəyər gətirdiyini” deyən millət vəkilinin ATƏT PA-na təklif etdiyi qətnamədə, üzv dövlətləri QHT-lər və digər vətəndaş cəmiyyəti institutları ilə daha sıx dialoqa və əməkdaşlığı gücləndirməyə çağırıb.  

“QHT-lər yalnız müşahidəçi kimi yox, həm də qərarvermə prosesində fəal rol oynamalıdılar”  - deyə, A. Quliyev vurğulayıb.

21 ölkədən olan 56 parlament üzvü tərəfindən dəstəklənən qətnamə layihəsi, həmçinin ATƏT-ə üzv olan ölkələri QHT-lər üçün informasiya resurslarından istifadə məhdudiyyətlərini aradan qaldırılmağa və onların maliyyə resurslarının şəffaflığını artırılmağa çağırır.

Sözügedən qətnamə layihəsi bu il iyunun 29-dan iyulun 3-dək ATƏT PA-nın İstanbulda keçiriləcək illik sessiyasında səsverməyə qoyulacaq. Açıqlamada o da bildirilib ki,  illik sessiyada qəbul olunan qətnamələr ATƏT-in gələcək siyasətini formalaşdırmasına kömək edir.

Xatırladaq ki, Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-nın İstanbul sessiyasında müzakirəyə çıxarılan 29 qətnamə layihəsi içərisində dəstək aldığı ölkələrin sayına görə Amerikadan sonra  ikinci yerdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400
avatar

Oxşar yazılar