Azay Quliyev: ”Biz çox istərdik ki...”
20 noyabr 2013 13:53 (UTC +04:00)

Azay Quliyev: ”Biz çox istərdik ki...”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib.

Lent. az-ın məlumatına görə, QHT- lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, dinləmələrin əsas məqsədi QHT-lərin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir:

"Biz çox istərdik ki, QHT-lər növbəti il üçün hansı mövzuları prioritet hesab edirlərsə, hansı mövzular ictimai baxımdan daha çox əhəmiyyət kəsb edirsə, bunu bizə bildirsinlər və biz həmin mövzuları müsabiqənin əsas istiqaməti kimi təqdim edək".   

Daha sonra QHT rəhbərləri və nümayəndələri fəaliyyət göstərdiyi sahədə mövcud durum haqqında danışıb və təkliflər irəli sürüblər. QHT-lər ermənilər tərəfindən həyata keçirilən plagiatlığın qarşısının alınması və Azərbaycan mədəniyyətinin və musiqisinin xaricdə təbliğinin gücləndirilməsini, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəni abidələrin məhv edilməsi ilə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, milli mənəvi dəyərlərin qorunması, ideya bazarı və ya beyin mərkəzinin yaradılması, KİV-də və ictmai-iaşə obyektlərində Azərbaycan dilindən istifadə sahəsində problemlərin aradan qaldırılması və digər mövzularla bağlı təkliflər ediblər.

Şura sədri Azay Quliyev QHT-lərin maliyyə yardımının ayrılması sahəsində mövcud olan bəzi məsələlərə də toxunub. O bildirib ki, elə QHT-lər var ki, bir neçə dövlət qurumundan maliyyələşir: "Misal üçün gənclərlər bağlı olan QHT-lər var ki, onlar həm QHT-lərə Dövlət Dəstəyi Şurasından, həm də Azərbaycan Prezidenti yanında Gənclər Fondundan qrant alırlar".

A. Quliyev bildirib ki, elə etmək lazımdır ki, həmin təşkilatlar bir ildə bir neçə yerdən qrant almasınlar. A. Quliyev əlavə edib ki, bu sahədə neqativ halların aradan qaldırılması məqsədilə qrant üçün sənədlərin təqdimatında bəzi dəyişiklər olacaq. Şura sədri bildirib ki, dövlət qeydiyyatı olmayan heç bir təşkilata qrant ayrılmayacaq: "Qrant üçün müraciət edən təşkilat mütləq Ədliyyə Nazirliyindən çıxarış təqdim etməlidir".

Azay Quliyev bu həftənin cümə günü parlamentdə “İctimai iştirakçılıq haqqında” qanunun qəbul olunacağını bildirib: 

Azay Quliyev gələcəkdə Şuranın yerli və xarici QHT-lərlə birgə əməkdaşlığı şəraitində həyata keçiriləcək layihələri maliyyələşdirməyi planlaşdırdığını açıqlayıb. O, QHT-lərə təhsil sahəsində problemlərə diqqəti artırmağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar