Gənclər və idman naziri Azad Rəhimov sabah saat 11.00-da Sabirabadda vətəndaşları qəbul edəcək. Lent.az-ın verdiyi məlumata görə, qəbul Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.