AZAL beynəlxalq reyslərini yeni terminaldan həyata keçirəcək
13 iyun 2014 13:25 (UTC +04:00)

AZAL beynəlxalq reyslərini yeni terminaldan həyata keçirəcək

0

 “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bütün beynəlxalq müntəzəm reysləri Heydər Əliyev Beynəlxalq aeroportunun yeni 1 saylı terminalından həyata keçiriləcək.


 

AZAL prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli “APA-Economics”ə açıqlamasında bildirib ki, yenilik cari ilin 15 iyul tarixindən tətbiq ediləcək.

 

Şirkət nümayəndəsi həmçinin bildirib ki, xarici aviaşirkətlərin təyyarələri uçuşları 2 saylı terminalın şimalından, “AZAL”-ın ölkədaxili uçuşları isə həmin terminalın cənubundan həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar