Azad Rəhimovdan Şirvanda ipoteka krediti və fəxri ad istədilər
04 iyun 2013 17:22 (UTC +04:00)

Azad Rəhimovdan Şirvanda ipoteka krediti və fəxri ad istədilər

Gənclər və idman naziri Azad Rəhimov iyunun 4-də Şirvan şəhərində vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbula Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan sakinləri qatılıb.

 

Qəbul səhər saat 10.00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində başlanıb. Nazir ümumilikdə 40-dan çox vətəndaşı dinləyib. Müraciət edənlərdən ən çoxu güzəştli ipoteka krediti almaq (12 nəfər) və idman sahəsində fəxri ad almaq üçün (10 nəfər) kömək istəyib. Qalanlar isə rayonlarda idman bölmələrinin açılması, gənclər mərkəzinin, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

 

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir digər məsələlərin Bakıda araşdırılacağını bildirib və vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

 

Qəbuldan sonra A. Rəhimov Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyanın gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar