Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib
26 may 2014 13:11 (UTC +04:00)

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, A. Rəhimov Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını qəbul edib.
 

50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-yə yaxın müraciət qeyri hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə, 15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.
 

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
 

Bu görüş A.Rəhimovun sayca 15-ci vətəndaş qəbuludur. İndiyədək nazir ümumilikdə 600-dən çox vətəndaşı qəbul edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

Oxşar yazılar