Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək
20 noyabr 2014 13:05 (UTC +04:00)

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək.

 

Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində baş tutacaq.

 

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq.

 

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar