Azad Rəhimov: "Gənclər kompüter oyunlarına böyük maraq göstərir"
12 noyabr 2014 14:30 (UTC +04:00)

Azad Rəhimov: "Gənclər kompüter oyunlarına böyük maraq göstərir"

Bu gün gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq elektron-idman federasiyasının prezidenti Byung Hun Junla görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşün əsas məqsədi Bakıda start götürəcək Kompüter oyunları üzrə VI Dünya çempionatı ətrafında müzakirələr aparmaq olub. 


Nazir Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini diqqətə çatdırıb, bu sahədə nazirlik tərəfindən hər il respublika üzrə yarışların keçirildiyini, Bakının Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini bildirib: “Ötən il Azərbaycanda gerçəkləşən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20% torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır”.



Byung Hun Jun digər ölkələrlə müqayisədə Azərbaycanın kompüter oyunları üzrə Dünya çempionatına çox böyük diqqət və maraq ayırdığını vurğulayıb: “Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq Kompüter oyunları üzrə VI Dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar