Aydın Əliyev Yevlaxda vətəndaşlarla görüşəcək
21 dekabr 2013 12:10 (UTC +04:00)

Aydın Əliyev Yevlaxda vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dekabrın 27-də Yevlax rayonunda vətəndaşlarla görüşəcək.

 

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Yevlax Gömrük İdarəsinin inzibati binasında keçiriləcək görüşdə Komitə sədri bu bölgədən olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da başlayacaq.

 

Qəbul zamanı Yevlax rayonu ilə yanaşı, Mingəçevir və Şəki şəhərləri, habelə Bərdə, Tərtər, Ağdam, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş və Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar