Aydın Əliyev Saatlıda vətəndaşları qəbul edib - <span style="color:red;">FOTO
18 noyabr 2016 12:28 (UTC +04:00)

Aydın Əliyev Saatlıda vətəndaşları qəbul edib - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Saatlıda vətəndaşları qəbul edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Şirvan, Sabirabad, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

APA Baycan

Oxşar yazılar