Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov tutduğu vəzifəsindən azad olunmasına münasibət bildirib. Lent.az-a açıqlama verən Aydın Bəşirov bildirib ki, Xəzər Dəniz Gəmiçiliyi ilə Neft Donanmasının birləşdirilməsini yüksək qiymətləndirir: “Prezidentin qərarını əla qiymətləndirirəm. Hər şey əladı. Belə də olmalı idi. Bəlkə də bu çoxdan olmalı idi. İndi Xəzər dəniz Gəmiçiliyi ilə Neft Donanması birləşib. Yeni qapalı tipli cəhmdar cəmiyyət yaranıb. Biz-bir birimizə kömək etməliyik. Allah prezidentin canını sağ eləsin. Mən 19 il bu vəzifədə işləmişəm. Böyük hörmət görmüşəm. Şöhrət ordeni də verib. Bundan sonra da harada hansı işi tapşırsa sədaqətlə axıracan xidmət etməyə hazıram”.