Avtomatdan istifadə edə bilməyən əsgəri belə öyrətdilər - VİDEO
18 yanvar 2017 17:04 (UTC +04:00)

Avtomatdan istifadə edə bilməyən əsgəri belə öyrətdilər - VİDEO

 

2016-cı ilin əvvəllərində sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi geyimində olan bir əsgərin poliqonda silahdan atəş açarkən videosu yayılmışdı.

 

Lent.az-ın məlumatına görə, həvəskar çəkilişdə əsgərin avtomat silahdan çəkindiyi, atəş açarkən həyəcan keçirdiyi, hətta qorxudan gözlərini belə yumduğu, hara gəldi atəş açdığı yer almışdı.

 

Təbii ki, həmin video sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu iddia edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

 

Həmin gənc əsgər Sərhəd Qoşunlarının digər əsgərləri kimi hərbi təlimlərini davam etdirdi. Komandirlərin səyləri nəticəsində Çevik Hərəkət Dəstəsində xüsusi təyinatlı olaraq xidmətini davam etdirən Həsənov Bayram Nazim oğlu xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilməyi bacardı. O, müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib. Bugünlərdə hərbi xidmətdən kiçik çavuş rütbəsində tərxis olunub.

 

“AzeriDefence” saytı ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gəncin Sərhəd Qoşunlarında xidmət müddətində necə dəyişdiyini və peşəkarlaşdığını göstərən video rolik hazırlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar