
ATU klinikasında xəstənin beynindən iri şiş çıxarıldı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub. Əməliyyat barədə məlumat verən klinikanın Neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralov Lent.az-a bildirib ki, pasiyent ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı onlara müraciət edib.
Onun sözlərinə görə, 42 yaşlı pasiyentdə beynin MRT-si və görmə testi aprılıb. Xəstənin beynində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlanıb. Bu meningiyomanın götürülməsi üçün xəstənin əməliyyatı olunmasına dair qərar verildi”.
Həkim bildirir ki, əməliyyat riskli olub. Çünki əməliyyat zamanı “karotis” adlandırılan şah damarın zədələnməsi ehtimalı, böyük damar yaralanması, görmə sinirinin qopması kimi təhlükələr varmış. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, xəstə 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılacaq.
Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53