Elektron lotereyaların keçirilməsinə dair MƏHDUDİYYƏT MÜƏYYƏNLƏŞDİ
19 aprel 2019 15:23 (UTC +04:00)

Elektron lotereyaların keçirilməsinə dair MƏHDUDİYYƏT MÜƏYYƏNLƏŞDİ

Elektron lotereyaların təşkili və keçirilməsi proseduru müəyyənləşib.
 
ONA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin təsdiq etdiyi və bu aydan qüvvəyə minən “Lotereyaların təşkili və keçirilməsi Qaydası”nda əksini tapıb.
 
Təşkilatçı elektron lotereyaların təşkili və keçirilməsini “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsi ilə və elektron ticarət haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirir. İnformasiya sistemi Təşkilatçı tərəfindən (və ya onun sifarişi əsasında) hazırlanır. Elektron lotereya biletini almaq istəyən şəxslər informasiya sistemində istifadəçi adını, şifrəni və bu Qaydada qeyd edilən fərdi məlumatlarını daxil edərək şəxsi kabinet yaradır. Lotereya iştirakçısı olmaq hüququ olmayan (18 yaşına çatmamış) şəxslər tərəfindən informasiya sistemində şəxsi kabinetin yaradılmasına yol verilmir.
İnformasiya sistemində əks olunmalı məlumatların siyahısı aşağıdakı kimidir:
 
- lotereya iştirakçısının adı, soyadı, atasının adı, doğum tarixi;
 
- lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
 
- lotereya iştirakçısının mobil nömrəsi və elektron poçt ünvanı.
 
Təşkilatçı elektron lotereya biletinin satışı zamanı lotereya iştirakçısı barəsində əldə etmiş olduğu məlumatların təhlükəsizliyini təmin etməli və qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla digər şəxslərə verməməlidir. Lotereya iştirakçılarının şəxsi kabineti aşağıdakılara imkan verməlidir:
 
- hər bir lotereya iştirakçısı üçün şəxsi kabinetin yaradılmasına, o cümlədən “istifadəçi adı” və “şifrə”nin müəyyən edilməsinə və dəyişdirilməsinə;
 
- lotereya iştirakçısı tərəfindən lotereya biletlərinin seçilməsinə, tərtib edilməsinə, alınmasına və uduşlu olub-olmamasının yoxlanılmasına;
 
- lotereya iştirakçısının istəyi ilə uduşun (uduşların) onun bank hesabına köçürülməsinə;
 
- lotereya iştirakçısının şəxsi kabinetində apardığı bütün əməliyyatların tarixçəsinin saxlanılmasına;
 
- lotereya iştirakçısı tərəfindən şəxsi kabinetdən edilmiş ödənişlərlə bağlı məlumatların və alınmış lotereya biletlərinin nüsxəsinin onun elektron poçt ünvanına göndərilməsinə və çap olunmasına.
 
Elektron lotereya biletlərinin nömrə və (və ya) seriyaları ardıcıl olaraq müəyyən edilməli, həmçinin çap formasında satılan biletlərin nömrə və (və ya) seriyalarını təkrar etməməlidir. Təşkilatçı elektron sistemə nəzarətin təmin edilməsi və lotereyanın adı, keçirilmə forması, tirajın nömrəsi və uduş fondunun oynanılması tarixi, lotereya biletinin nömrəsi və (və ya) seriyası, habelə satılmış və uduşa düşmüş elektron lotereya biletləri üzrə axtarışlar aparmaq məqsədilə Palatanı bu sistemə baxış rejimində birbaşa çıxışla təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Aygün İbrahimli

Oxşar yazılar