ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub
15 may 2014 16:28 (UTC +04:00)

ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub

Bu gün ATƏT-in Parlament Asambleyasının (PA) sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Fonddan Lent.az-a verilən xəbərə görə, onlar BAMF sədri Umud Rəhimoğlu, “Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhimov, “Avrasiya Kredit” MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunin iştirakı ilə geniş görüş keçiriblər.

 

U.Rəhimoğlu BAMF-ın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan problemlərə də toxunub. Digər təşkilat rəhbərləri də gördükləri işlər və gələcək planları haqqında danışıblar.

 

Hər iki qonaq BAMF-la, eləcə də digər təşkilatlarla mədəniyyət, təhsil və sahibkarlığın inkişaf etdirilməsi sahəsində  əməkdaşlıq etmək niyyətlərində olduqlarını deyiblər.

 

Görüşdə birgə əməkdaşlığın istiqamətləri də geniş müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar