
Astarada ilanlar yaşayış evlərinə hücum edib
Astaranın Şiyəkəran kəndində bir neçə yaşayış evi son günlər ilanların hücumuna məruz qalır.
APA TV-nin cənub bürosunun məlumatına görə, bir neçə gündür havaların isti keçməsi ilanları daha da aktivləşib.
Sakinlər küt alətlərlə onlarla ilan öldürsələr də, onlardan yaxa qurtarmaq mümkün olmayıb:
Sevinc İmanova hadisəni belə xatırlayır: "Bir də gördüm hasarın üstündən ilan üstümüzə şığıyır. Mən qışqırdım ilan gəlir, ilan özün itirdi. Dedim qapını örtün, gəlirəm. Mən gəldim bel, yabanı götürdüm gəldim, salona girəndə bunun başını əzdim, sonra gördüm nəfəsi dayanıb".
Şiyəkəran kəndi Pensər çayının sahilində yerləşir. Kənd sakini Ənnam Qəhrəmanovun sözlərinə görə, əvvəlki dövrlərdə də bu ərazilərdə gürzə, qara və qırmızı ilanlar mütəmadi müşahidə olunub: "1 metr 20 sm-dən çox idi. Qıpqırmızı ilan idi, başı da balaca. Çalan ilana oxşayırdı. Bu evdə də 2-3 balaca uşaq var, bizim də evdə, qonşuda da uşaq var, bu bir az təhlükəlidir".
Bioloq Yunis Qulamov deyir ki, kənddə yaşayış olmayan bir neçə evdə ilanlar yuva salıb. Onlar təsərrüfatlara da ziyan vurub: "Bizdə qara ilan adlanan ev ilanları var, qədim zamanlarda insanların yaşadığı yaxın ərazilərdə məskunlaşıblar. Onlar ən çox həyətlərə hücum edəndə ev quşlarını bütöv udmaqla məşğuldurlar. Ev quşlarını, digər heyvanları boğaraq öldürüblər".
Özlərini təhlükədə hiss edən sakinlər rayon rəsmilərinə müraciət etmək qərarına gəliblər.
Oxşar yazılar

Bu 3 BÜRC avqustda əsl sıçrayış hiss edəcək: Siyahıda kimlər var
12 avqust 2025 , 18:35
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə - Blogerlər nə qədər vergi verir?
12 avqust 2025 , 15:31
Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi
12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var
12 avqust 2025 , 14:07
125 min uşaq birinci sinfə gedəcək
12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi
12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi
12 avqust 2025 , 13:14