ASAN Xidmətdə “online” növbə olacaq
09 dekabr 2013 11:05 (UTC +04:00)

ASAN Xidmətdə “online” növbə olacaq

Nazirlər Kabineti ASAN Xidmət Mərkəzinin fəaliyyətinin genişləndirilməsinə qərar verib.

 

Lent.az-ın NK-ya istinadən xəbərinə görə, Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edib.

 

 

Dəyişikliyə əsasən, sənədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə informasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı bənd əlavə olunub. Qərarda ASAN Xidmət Mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədi ilə onlayn növbənin tutulması və göstərilən xidmətin nəticəsində təqdim edilməli olan hazır sənədlə bağlı məlumatın verilməsi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1574
avatar

Oxşar yazılar