Artur Rasizadə narkomanlarla bağlı yenilik etdi
08 mart 2015 09:50 (UTC +04:00)

Artur Rasizadə narkomanlarla bağlı yenilik etdi

0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və   psixotrop  maddələrin  tibbi  məqsədlərlə  istifadə  edilməsi qaydası  və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar  olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarda deyilir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №2, maddə 187; 2008, № 2, maddələr 123, 130) ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın II bölməsinin 2.1-ci bəndində, 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində “edilə bilər” sözləri “edilir” sözü ilə, 4.2-ci bəndində isə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar