Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər
31 may 2019 16:31 (UTC +04:00)

Artilleriyaçılar “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər

0
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.
 
Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 795

Oxşar yazılar