<b>AQTA-nın adından rüşvət alanların <span style="color:red;">VİDEOGÖRÜNTÜSÜ  yayıldı</b>
12 aprel 2019 15:30 (UTC +04:00)

AQTA-nın adından rüşvət alanların VİDEOGÖRÜNTÜSÜ yayıldı

Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət alan şəxslərin vedeogörüntüləri aşkarlanıb.

 

AQTA-dan Lent.az-a verilən məlumata görə, son günlər Agentliyə qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olub.

 

Daxil olan növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini Agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

 

Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılan kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntülərinin əks olunduğu müəyyən olunub.


AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanuna zidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

Bildirilir ki, dövlət orqanın nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

 

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964
avatar

Aygün İbrahimli

Oxşar yazılar