
APA TV “İlin internet televiziyası” seçildi
İl ərzində fərqlənən müxtəlif sahələrin peşəkarları ötən axşam bir araya gəlib. APA TV-nin məlumatına görə, tədbirin əvvəlində Azərbaycanın dövlət himni səslənib.
Ardınca cəbhədə baş verən təxribat nəticəsində öldürülən dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra mükafatlandırma mərasimi başlayıb. Zirvə Ziyalılar Təşkilatı növbəti dəfə ölkənin idman, kino və teatr, jurnalistika, səhiyyə, dizaynerlik və başqa sahələrdən olan peşəkarlarını mükafatlandırıb. Təşkilatın sədri Minayə Dəyanət mərasimin rəhbərlik etdiyi qurumun 25 illik yubileyinə təsadüf etdiyini vurğulayıb.
Ardınca müxtəlif sahələrdən olan insanlara mükafatlar təqdim olunub. Kino və teatr sahəsində xalq artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, aktrisa Pərvin Abıyeva, rejissor Kənan Mahmudov mükafatlandırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "İlin peşəkar yol polisi" seçilib.
"İlin dəbli biznesmeni" nominasiyasında Ramil Rzayev birinci olub. Aqil Məmiyev "İlin beynəlxalq moda təşkilatçısı" seçilib. Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova “İlin beynəlxalq və peşəkar modelyer-dizayneri”, Cəlal Kəngərli isə “İlin modelyer-dizayneri” nominasiyasında “Luxury Awards” mükafatına layiq görülüb.
Daha sonra müğənnilər də mükafatlandırılıb. Seçilənlər Natəvan Həbibi, Eldar Qasımov, Xəyyam Nisanov və başqaları olub.
Jurnalistika sahəsində seçilənlər də “Luxury Awards” mükafatına layiq görülüblər. "İlin ən operativ jurnalisti" nominasiyasında "Trend" İnformasiya Agentliyinin müxbiri Vüqar İmanov, "İlin seçilən jurnalisti" nominasiyasında APA TV-nin əməkdaşı Nigar Həsənli “Luxury Awards” mükafatına layiq görülüb. APA TV isə “İlin internet televiziyası” seçilib.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi Lent.az-dır.
Oxşar yazılar

Çox yaxında gözəl xəbərlər eşidəcək BÜRCLƏR
15 iyun 2025 , 18:32
Zaqatalada kəndlərə dolu yağdı
15 iyun 2025 , 18:15
Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?
15 iyun 2025 , 17:35
Dünyada hansı ölkənin sakinləri ən az işləyir? Çətin ki, təxmin edəsiniz
15 iyun 2025 , 16:38
İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - RƏSMİ
15 iyun 2025 , 16:07
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
15 iyun 2025 , 15:55
DİN-in kursantları Fəxri Xiyabanda
15 iyun 2025 , 15:15