
APA Holdinq yenilənmiş saytını təqdim etdi
APA Holdinq tam yenilənmiş korporativ saytını (apaholding.az) istifadəyə verib. Yenilənmiş sayt sadəliyi və istifadədə rahatlığı ilə fərqlənir. Naviqasiya da rahat və sadədir. Saytın strukturu və bölmələrin təşkili yenidən işlənib, dizaynı isə holdinq-in dəsti xəttinə uyğunlaşdırılıb.
Mobil cihazlara uyğun sayt
Saytın əsas üstünlüklərindən biri də mobil cihazlara uyğunlaşdırılmış şəkildə hazırlanmasıdır. Mobil cihaz uyğunlaşdırması sayt istifadəçilərinə istər mobil telefon, istərsə də digər mobil cihazlar vasitəsilə saytdan rahatlıqla istifadə etmə imkanı yaradır.
Reklam verənlər üçün bölmə
Holdinq-in yenilənmiş korporativ saytı vasitəsilə reklam verənlər holdinq-ə daxil olan saytlar üzrə müvafiq statistikalarla tanış ola biləcəklər. Saytlar üzrə statistikaların hər ay yenilənməsi nəzərdə tutulur.
KİV üçün faydalı bölmə
İstifadəçilər yeni saytda yaradılmış KİV üçün bölməsi holdinq-ə daxil olan şirkətlərin loqolarının master faylını, holdinq-dən görüntüləri və müvafiq şəxslərin şəkillərini yüksək keyfiyyətdə əldə edə bilərlər.
Qeyd edək ki, sayt APA Holdinq-ə daxil olan Apamark (Marketinq və PR şirkəti) tərəfindən dizayn olunub, şirkətin İnformasiya Texnologiyaları Departamenti tərəfindən proqramlaşdırılıb.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40