Bu il Azərbaycanda baş verən 23 ana ölümü halının 2/3-si ilə bağlı inzibati tədbirlər görülüb. APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin (SN) Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, ana ölümləri ilə bağlı bu il 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 72 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb: “Bəzilərinə şiddətli töhmət verilib, bəziləri barəsində digər inzibati tədbirlər görülüb”.
L. Rzaquliyeva sonuncu – 24-cü ana ölümü ilə bağlı isə araşdırma aparıldığını qeyd edib.
Ölümlərin səbəbinə gəlincə, komissiyanın sədri deyib ki, ölümlər müxtəlif səbəblərdən baş verir: “Belə ki, hamilə qadınlar bəzi hallarda qeydiyyata durmurlar, müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur, gizlədirlər”.