Azərbaycanda daha bir doğuş faciəsi - <span style="color:red;">YENİLƏNİB
23 aprel 2014 10:05 (UTC +04:00)

Azərbaycanda daha bir doğuş faciəsi - YENİLƏNİB

Ucar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib.

 

Ucar Rayon Mərkəzi XəstəxanasındanAPA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib.

 

Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu,  S. Abdulrəhmanovanın ilk doğuşu imiş.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Oxşar yazılar