AMEA üzvlüyünə seçkilər keçirilir - YENİLƏNİB
30 iyun 2014 12:58 (UTC +04:00)

AMEA üzvlüyünə seçkilər keçirilir - YENİLƏNİB

Bu gün AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq keçirilir.

 

APA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA prezidenti Akif Əlizadə və digər alimlər iştirak edir.

 

Tədbirin gündəliyinə AMEA-nın yeni Nizamnaməsinin layihəsi haqqında, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” haqqında, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında, AMEA-nın Dünya Siyasəti İnstitutunun yaradılması haqqında müzakirələr aparılacaq. Bundan əlavə, iclasda AMEA-nın üzvlüyünə seçkilər keçiriləcək.

 

Tədbirin açılışında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bu yığıncağının keçirilməsini yüksək qiymətləndirib.

 

Hazırda AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542

Oxşar yazılar