AMEA molekulyar hidrogen alınması istiqamətində elmi-tədqiqat işləri aparır
08 yanvar 2014 16:18 (UTC +04:00)

AMEA molekulyar hidrogen alınması istiqamətində elmi-tədqiqat işləri aparır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda radiasiya, fotokimyəvi üsulla su və karbohidrogen sistemlərində molekulyar hidrogenin alınması istiqamətində elmi-tədqiqat işləri aparılır.

 

Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Hazırda bu kimi tədqiqat işləri bir neçə laboratoriyalarda, o cümlədən “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasında da həyata keçirilir. Tədqiqatlar atom-hidrogen energetikası sahəsini əhatə edir. Məqsəd ənənəvi enerji resurslarının azaldığı və alternativ enerji mənbələrinə artan tələbata uyğun olaraq, eyni zamanda “gələcəyin enerjisi” adlandırılan hidrogen energetikasını inkişaf etdirməkdir. Belə ki, bu sahənin təbii ehtiyatları kifayət qədərdir.


Hidrogen energetikasının digər sahələrdən üstünlüyü ondadır ki, hidrogenin yanması zamanı ətraf mühitə zərərli tullantılar buraxılmır. Son dövrün araşdırmaları göstərir ki, yanacaq elementləri (fuel cell) texnologiyalarının inkişafı imkan verəcək ki, alınmış hidrogen qazı yanacaq elementlərinə verilsin və nəticədə elektrik enerjisi əldə edilsin. Yanacaq elementi sistemində kimyəvi enerji mexaniki enerjiyə çevrilir.


Tədqiqatların aparılmasında xüsusi üsullar və dəqiqliklər tələb olunur. Belə ki, vakuum şəraitində distillə olunmuş su və müxtəlif nisbətlərdə nanokatalizatorlar sistemi hazırlanıb xüsusi qablarda stasionar vəziyyətdə yüksək enerjili şüa mənbələrində şüalandırılır və yaranan məhsullar analiz olunur. Müqayisəli təhlillər göstərir ki, nanokatalizatorların səthində molekulyar hidrogenin yaranması daha sürətlə baş verir, nəticədə çıxım daha böyük olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar