Doktoranturaya sənəd qəbulu və imtahanların vaxtı açıqlandı
20 noyabr 2013 19:04 (UTC +04:00)

Doktoranturaya sənəd qəbulu və imtahanların vaxtı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqlayıb.


 

APA-nın xəbərinə görə, bu barədə AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

 

O bildirib ki, noyabr ayının 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayı­nın 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabr ayının 25-dən isə qəbul imtahanları başlayacaq: “Akademiyada doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılmışdır. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1090
avatar

Oxşar yazılar