AMEA-nın elmin təbliğinə dair növbəti səyyar görüşü Xaçmazda olacaq
05 mart 2014 18:58 (UTC +04:00)

AMEA-nın elmin təbliğinə dair növbəti səyyar görüşü Xaçmazda olacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Əyləncəli elm” mövzusunda məktəblilərlə növbəti görüşün hazırlıq prosesi müzakirə olunub. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə şöbədə Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyəti ilə toplantı keçirilib, elmin müxtəlif istiqamətlərində dünya təcrübəsinə əsaslanan təqdimatlar müzakirə olunub.

 

Şagirdlərlə növbəti görüşün yaxın vaxtda Xaçmazda keçirilməsi təklif olunub. Xatırladaq ki, layihənin məqsədi ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır. AMEA-nın prezidenti Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzalamış olduğu regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında qarşıya qoyulan vəzifələrdən irəli gəlir. “Əyləncəli elm” mövzusunda ilk səyyar görüş martın 1-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar