AMEA-dan yaş senzi məsələsinə MÜNASİBƏT
27 yanvar 2014 16:18 (UTC +04:00)

AMEA-dan yaş senzi məsələsinə MÜNASİBƏT

Azərbaycan Milli Elmlər Akademiyası Akademiyada alimlər üçün yaş senzinin tətbiq olunmasına aydınlıq gətirib. AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynovun Lent.az-a verdiyi məlumata görə, bu, AMEA RH-nin ötən il dekabrın 25-də Akademiya işçilərinin attestasiya ilə bağlı verdiyi qərarla əlaqədardır. Belə ki, həmin qərara əsasən, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq. Fevralın 1-dən aprelin 30-dək isə AMEA işçilərinin attestasiyası keçiriləcək.

Şöbə müdirinin sözlərinə görə, yeni işçilərin işə qəbulu bir qayda olaraq Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar